"Zaqatala"nın futbolçusu Steyn Essono komandadan ayrılıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Qabon millisinin üzvü azad agent kimi Belarusun "Dinamo" klubuna keçib.
Bu barədə Brest təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yüksək liqa klubu 25 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Steyn Essonu ötən mövsüm "Zaqatala"da çıxış edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun