AZ

Fələstin MOK rəhbəri BOK-u ikili standartlarda ittiham edib

Fələstin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Cibril Racub Beynəlxalq Olimpiya Komitəsini İsrail komandasının Paris Olimpiadasında iştirakına görə ikili standartlarda ittiham edib.

32gun.az bildirir ki, "Inside The Games" xəbər verib. 

"İkili standartlarda israr edən və Olimpiya Xartiyasına əməl etməyən beynəlxalq qurumlar var" deyə Racub bildirib.

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. 2023-cü ilin sonunda təşkilat rus və belarusların 2024-cü il Olimpiya Oyunlarına neytral idmançı kimi qəbul edilməsi barədə qərar qəbul edib. İştirak etmək üçün onlar bir sıra tələbləri yerinə yetirməli və vəsiqə qazanmalı idilər.

Ayxan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
32gun.az

1Mənbələr