AZ

Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Ermənistandan ölkəyə ixrac edilən meyvə və tərəvəzlərdə pestisidlərin normadan 5 dəfə artıq olduğunu aşkarlayıb.

Oxu.Az-ın "Mash" "Telegram" kanalına istinadən verdiyi məlumata görə, ayrı-ayrı maddələr üzrə norma 5-8 dəfə artıq olub və hazırda 16 təchizatçının ölkəyə mal ixrac etməsinə qadağa nqoyulub.

Qeyd olunur ki, pestisidlərin bu qədər normadan artıq olması məhz "Eagle Partner 2024" erməni-amerikan hərbi təlimləri ilə bağlıdır.

Xatırladaq ki, təlimlər Ermənistanda 10 gün ərzində keçirilib və həftənin ortalarında başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
7
demokrat.az

10Mənbələr