AZ

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən APA-ya verilən məlumata görə, bu gün saat 17:49 radələrində Xətai rayonu, Babək prospekti, Maşın bazarı ərazisindən avtomobilin aşması səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 1 nəfər şəxs (kişi cinsli) diz oynağının əzilməsi diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
2
apa.az

3Mənbələr