AZ

Google Pixel 9 smartfonlarının ekran göstəriciləri təqdim edilib

     Google şirkəti 13 avqust tarixində Pixel 9 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və qatlana bilən Pixel 9 Pro Fold daxil olacaqlar. İndi isə Android Authority saytı ilk üç smartfonun ekranları barəsində məlumatları təqdim edib. Təqdim edilmiş məlumatlar sözügedən smartfonların ekran göstəricilərini əhatə edirlər. Beləliklə təqdim edilmiş məlumatlara əsasən adi Pixel 9 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2424x1080 piksel keyfiyyətli 6.24 düym ölçülü ekranı əldə edəcək və ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edəcək. Pixel 9 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2856x1280 piksel keyfiyyətli 6.34 düym ölçülü ekranı əldə edəcək və ekranın maksimal parlaqlıq səviyyəsi 2050 nit təşkil edəcək. Pixel 9 Pro XL modelinə gəldikdə isə o, 120 Hz-lik təsvir yenilənməsinə sahib 2992x1344 piksel keyfiyyətli 6.73 düym ölçülü ekranı əldə edəcək və ekranın maksimal parlaqlıq səviyyəsi 2050 nit təşkil edəcək.

Seçilən
116
19
technote.az

10Mənbələr