AZ

Kennedi: “Bayden öz reputasiyasını ləkələyib”

ABŞ prezidenti Co Bayden seçki yarışından vaxtında geri çəkilməməklə öz reputasiyasını ləkələyib.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri siyasətçi kiçik Robert Kennedi CBS televiziyasına müsahibəsində deyib.

Baydenin amerikalılara müraciətində seçki yarışından çəkilmək qərarına adekvat izahat verib-verməməsi barədə aparıcının sualına Kennedi mənfi cavab verib. Onun sözlərinə görə, Ağ Ev rəhbərinin müraciəti əsasən prezident kimi “nailiyyətlərinin bəyanatı” olub.

“Düşünürəm ki, o, hakimiyyətdən əl çəkməkdən imtina edərək, son bir ildə öz reputasiyasını və karyerasını ləkələdi”,- deyə o vurğulayıb.

Seçilən
22
1
nocomment.az

2Mənbələr