AZ

“Turan Tovuz” Türkiyə toplanışını başa vurdu

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” komandası bu gün qardaş ölkədəki hazırlıq prosesinə yekun vurub.

Arena.az xəbər verir ki, bu barədə qərb təmilçisinin mətbuat xidməti məlumat yayıb.

Tovuz təmsilçisi bu gün Azərbaycana qayıdacaq.

Xatırladaq ki, “Turan Tovuz” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyunu keçirib. Kurban Berdıyevin rəhbərlik etdiyi komanda yerli “Pendikspor” (0:0) və “Adana Dəmirspor”la (3:3) sınaq matçlarından heç-heçə ilə ayrılıb. “Kocaelispor”la nəzərdə tutulan oyun isə tərəflər arasında yaranan fikir ayrılığı səbəbindən baş tutmayıb.

Tovuz təmsilçisi qısamüddətli istirahətdən sonra Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün ilk turu çərçivəsində qarşılaşacağı “Neftçi” ilə səfər matçına köklənəcək. Avqustun 3-də “Neftçi Arena”da baş tutacaq bu oyuna saat 18:30-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
arena.az

1Mənbələr