AZ

Metroda stikerlər yapışdıran fəallar saxlanılıb

Fransada ətraf mühit fəalları Olimpiya Oyunlarına qarşı stikerlər yapışdırdıqlarına görə nəzarətə götürülüblər. "Report" xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Bildirilib ki, Paris metrosunda iyulun 23-də “Extinction Rébellion” hərəkatının 8 üzvü həbs edilib.

Məlumata görə, stikerlərdə “Olimpiada əyləncəli deyil” və “Parisdə sosial təmizləmə: 12,500 nəfərin çıxarılması” və s. kimi ifadələr yazılıb.

Qeyd edilib ki, fəallar dəmir yolu avadanlıqlarına ziyan vurmaqda təqsirləndirilib. Onları 750 avroya qədər cərimə gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
2
avtosfer.az

3Mənbələr