AZ

“Səbail”dən ayrılıb Anqolanı arzulayır

“Səbail”in futbolçusu Valdemar Almeyda karyerasını ölkəsi Anqolada davam etdirmək arzusundadır.

Futbolinfo.az xəbər verir ki, bunu 32 yaşlı yarımmüdafiəçi “Dos Desportivo” jurnalına açıqlamasında deyib.

“Pana” ləqəbli orta sahə oyunçusu Portuqaliya futbolunun yetirməsi olsa da, doğma vətəni Anqolada çıxış etmək istəyir: “Anqola Girabolasından maraqlı təklif olsa, tərəddüd etməyəcəyəm. Əvvəllər müəyyən müraciətlər olmuşdu. Lakin həmin klubların təklif zamanı özlərinə inamı yox idi”.

2016-cı ildə Anqola yığmasının heyətində 3 oyunda iştirak edən Almeyda yenidən millidən dəvət gözləyir: “Milli komanda mənim üçün hələ keçmişdə qalmayıb. Vaxtımın başa çatdığını düşünmürəm. Məşqçinin seçimindən çox şey asılıdır. Əgər zəng gəlsə, həmişə kollektivə qoşulmağa hazıram”.

Qeyd edək ki, Valdemar Almeyda “Səbail”ə ötən ilin yayında “Akademiko Viseu”dan keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
futbolinfo.az

2Mənbələr