AZ

“Barselona”nın Olmo üçün təklif paketi

“Barselona” Dani Olmonu transfer etmək üçün rəsmi təklif göndərib. İspaniya millisinin üzvünü heyətinə qatmaq istəyən katalonlar şərtləri qoyub.

Futbolinfo.az xəbər verir ki, cinah hücumçusu üçün cəmi 40 milyon avro ödəmək istəyən “Barsa” onu 2025-ci ildən başlayaraq 4 dəfəyə “Leypsiq”in hesabına köçürmək niyyətindədir. Bundan başqa, komanda 2029-cu ilədək iki dəfə çempion olarsa və bir dəfə Çempionlar Liqasını qazanarsa, Almaniya klubu bonuslar alacaq (hər biri üçün 10 milyon avro).

Bundesliqa klubu təklifi rədd edib. Olmo üçün çoxsaylı təkliflər olduğundan, “Barselona”nın şərtləri məqbul bilinməyib. İspaniya nəhənginin yeganə üstünlüyü Daninin məhz bu kluba keçmək istəyidir.

2020-ci ildə Zaqreb “Dinamo”sundan 29 milyon avroya transfer olunan 26 yaşlı Olmonun “Leypsiq”lə müqaviləsinin bitməsinə daha 3 mövsüm qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
futbolinfo.az

2Mənbələr