AZ

Premyer Liqanın son çempionu almanların “qapısını döydü”

“Mançester Siti”nin sıralarına tezliklə yeni yarımmüdafiəçi qoşula bilər.

Sportinfo.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, “şəhərlilər” Dani Olmonun transferi üçün “Leyptsiq”ə müraciət edib.

Almaniya klubu 26 yaşlı yarımmüdafiəçisi üçün təxminən 60 milyon avro tələb edir.

“Barselona” da Olmonun transferi üçün mübarizə aparır, lakin maliyyə vəziyyətinin pis olması onların bu keçidi tamamlamasına hələ imkan vermir.

Olmo bu yaxınlarda İspaniya millisi ilə Avropa çempionatının qalibi olub. O, Bundesliqanın son mövsümündə 4 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
sportinfo.az

1Mənbələr