AZ

Açılış mərasimi ilə bağlı mətbuat konfransı ləğv edildi

Olimpiya Oyunlarının təşkilat komitəsi heç bir izahat vermədən açılış mərasimindən əvvəl keçirilməli olan ənənəvi mətbuat konfransını ləğv edib. Bu barədə təşkilatçılar press-relizdə məlumat veriblər.

Mətbuat konfransı yerli vaxtla saat 9:30-da (Bakı vaxtı ilə 11:30) keçirilməli idi, lakin başlamazdan bir saat əvvəl onun ləğv olunduğu məlum olub. Ləğv edilməsinin səbəbləri isə məlum deyil.

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Mərasim Sena çayı üzərində olacaq. Tədbirin güclü yağış altında keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Seçilən
35
2
futbolinfo.az

3Mənbələr