AZ

“İmkan versəydik, nəticə belə olmayacaqdı” – “Zirə”nin “mühərrik”i

“Zirə” Konfrans Liqasında uğurlu nəticə ilə diqqət çəkdi.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Dalğa Arena”da “DAC 1904”ə göz açmağa imkan vermədi.

90 dəqiqənin tamamında tablodakı rəqəmlər 4:0 təmsilçimiz xeyrinə göstərirdi.

Oyun başa çatandan sonra “qartallar”ın orta sahədəki “mühərrik”i Pyer Zebli Sportinfo.az-a açıqlamasında qələbə təəssüratlarını bölüşdü:

“Hesab heç kimi aldatmasın. Həqiqətən çox çətin oyun idi. Bəlkə də kənardan rahat görünürdü, amma çox əziyyət çəkdik.

Baş məşqçimizin tapşırıqlarına diqqətlə qulaq asaraq onları meydanda həyata keçirməyə çalışdıq.

Biz bu gün rəqibə oynamaq imkanı vermədik. Özünüz də görürdünüz ki, komanda fiziki cəhətdən hazırlıqlı idi.

Onlara rahat hərəkət imkanı versəydik, nəticə belə olmayacaqdı. Bu, həftəboyu çəkdiyimiz əziyyətin nəticəsi idi. Rəqibi düzgün təhlil edib, hazırlaşmışdıq”.

Komandalar arasında cavab qarşılaşması avqustun 1-də Slovakiyada keçiriləcək.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
sportinfo.az

1Mənbələr