AZ

Əməliyyat keçirildi:qanunsuz 32 ədəd lüks avtomobil mühərriki ələ keçirildi - FOTO

Türkiyənin Samsun bölgəsində qaçaqmalçılıq yolu ilə gətirilən 32 avtomobil mühərriki ələ keçirilib. Avtosfer.az xəbər verir ki, əməliyyat Tekkeköy rayonunda keçirilib.

Rayon Qaçaqmalçılıqla Mübarizə İdarəsi və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinə, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə avtomobil mühərrikləri və onların ehtiyyat hissələrini gətirərək satılması ilə bağlı məlumat daxil olub.

Şabanoğlu məhəlləsində yerləşən bir avtomobil ehtiyyat hissələri dükanında keçirilən əməliyyat zamanı gömrükdə bəyan edilməyən, bazar dəyəri 3 milyon lirə (153.900 manat) olan 32 ədəd lüks avtomobil mühərriki aşkar olunaraq müsadirə edilib.

Hadisə ilə bağlı həbs edilən M.A. haqqında cinayət işi açılıb.

Mühərriklər isə Rayon Gömrük İdarəsinə aparılıb.

 

Namiq Musayev

 

Samsun'da

Samsun'da

Samsun'da

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
avtosfer.az

2Mənbələr