AZ

Hazırkı qlobal sistem köhnəlməkdədir - Ərdoğan

Bakı. Trend:

İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi vədiplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı qlobal sistemköhnəlməkdədir. Uzun müddətdir ki, bu sistemin problemlərə həllyolları tapmaq qabiliyyətini itirdiyinin əlamətlərini görürük.Sistemin artıq iflas ərəfəsində olduğunu görmək üçün yaxın keçmişdəyaşanan böhranlara nəzər salmaq kifayətdir. Suriyada 13 ildir davamedən münaqişə, Rusiya-Ukrayna, İsrail-Fələstin qarşıdurmaları,Yəməndə sabitliyə nail olmadan Sudanda baş verən hadisələr dünyanınharaya getdiyini göstərir. Qlobal sistemin kökündən sarsıldığı budövrdən “göbəyini özü kəsə bilən” ölkələr uğurla çıxacaq. Busəbəbdən tam müstəqil Türkiyə məqsədilə “Türk əsrini” qurmaq üçünbütün sahələrdə böyük səylər göstəririk. İnvestisiya, istehsal,məşğulluq, kəşf və ixracatla inkişafımızı eyni sürətlə davametdiririk. Nə ətrafımızdakı münaqişələr, nə də 6 fevralzəlzələlərinin vurduğu 104 milyard dollarlıq zərər bizi yolumuzdandöndərmədi.

Trend xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğan İstanbulda keçirilən “HIT-30-Yüksək Texnolojiİnvestisiya Proqramı”nın təqdimatında çıxışı zamanı söyləyib.

Türkiyənin texnoloji inkişafının ən böyük göstəricilərindən olanyerli “Togg” elektromobilinə tələbatın getdikcə artığını qeyd edənPrezident Ərdoğan ölkəsinin bu sahədə hədəfinə çatdığını və qlobalmiqyasda fəaliyyət göstərən Çinin aparıcı elektrik avtomobilistehsalçısı “BYD” şirkəti kimi bir çox firmanın sərmayələrininTürkiyəyə cəlb edildiyini deyib.

Qeyd olunub ki, Türkiyə tezliklə beynəlxalq birbaşa investisiyastrategiyasının tətbiqinə başlayacaq. 2024-2028-ci illəri əhatəedəcək strategiya ölkəyə daha çox yüksək texnologiyalar yönümlüinvestisiyaları cəlb etmək məqsədi daşıyır. Texnoloji və stratejiinvestisiyalar üçün 3 illik müddətində əlverişli şərtlərlə cəmi 300milyard lirə maliyyə imkanı yaradılacaq. Bu günə qədər artıq ümumiinvestisiyanın həcmi 1 trilyon 258 milyard lirə olan 238 layihəüçün müraciət edilib. Ölkədə sənaye sahəsinin səmərəliliyiniartırmağa rəhbərlik edəcək 10 model fabrik yaradılıb. Önümüzdəkidövrdə daha dörd yeni model fabrik yaradılaraq onların ümumi sayı14-ə çatdırılacaq.

Təqdimatı keçirilən layihə haqqında danışan Türkiyə Prezidentideyib ki, bu proqramla yüksək texnologiyalı və yüksək əlavə dəyərəmalik yeni investisiyalar üçün Türkiyənin üstünlüklərinigücləndirməklə yanaşı, 2030-cu ilə qədər ölkəni yüksək texnologiyamərkəzinə çevirmək hədəflənir. Layihəyə əsasən, mobillik, yaşılenerji, qabaqcıl istehsal, sağlam həyat, rəqəmsal texnologiyalar,kommunikasiyalar, kosmos kimi sahələri inkişaf etdirəcək 30-dan çoxsahəyə dəstək veriləcək. Bu layihə ilə Türkiyəyə 20 milyarddollarlıq özəl sektor sərmayəsinin gətirilməsi hədəflənir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
az.trend.az

10Mənbələr