AZ

Beşinci mərtəbədən yıxılan uşağın burnu belə qanamadı

Beşinci mərtəbədən yıxılan uşağın burnu belə qanamadı

Türkiyədə uşaq 5-ci mərtəbədən yıxılsa da burnu belə qanamayıb.

BAKU.WS xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, azyaşlı uşaq yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından müvazinətini itirərək yerə yıxılıb.

Kivi ağacının üstünə düşən uşaq birbaşa yerə düşmədiyi üçün ağır xəsarət almayıb.
Kivi ağacları arasında qalan uşaq, əraziyə çağırılan xilasetmə qrupları tərəfindən çıxarılaraq 112 Təcili Xidmət qruplarına təhvil verilib.

Qəzadan sağ çıxan 8 yaşlı uşaq daha sonra Yalova Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Uşağın səhhətinin yaxşı olduğu öyrənilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
sonxeber.az

1Mənbələr