AZ

ABŞ ordusuna 100 milyon dollardan çox zərər verən qadın həbs olundu

ABŞ ordusuna fırıldaqçılıq yolu ilə 100 milyon dollardan çox zərər verən Janet Yamanaka Mello adlı qadının məhkəmə işi başa çatıb. 

Demokrat.az xəbər verir ki, günahını boynuna alan Mello 15 il müddətinə azadlıqdan məhrum edilib.

Belə ki, Mello hərbi bazada bir gənclik proqramının maliyyələşdirilməsi ilə məşğul olan və qrant pulunun olub olmadığını müəyyən edən maliyyə meneceri vəzifəsində çalışıb. 

Lakin o, 100 milyondan çox hərbçi ailəsinin pulunu mənimsəmək üçün saxta şirkət yaradıb və altı il ərzində hərbi qrant fondlarından pul yığıb. 

Mello "Uşaq Sağlamlığı və Gənclərin Ömrünün İnkişafı" adlı saxta qrup yaradıb və bu saxta təşkilat vasitəsilə qrant üçün müraciət edib. 

O, uzun illərin təcrübəsi və həmkarlarından qazandığı etimad sayəsində çox rahat hərəkət edib. 

Mello ələ keçirdiyi pulları lüks və dəbdəbəli həyatı üçün xərcləyib. Bu müddət ərzində özünə 80 lüks avtomobil, motosiklet və 31 villa alıb. 

Həmçinin, 1500-dən çox parçadan ibarət olan zərgərlik kolleksiyası yığıb. 

"Gucci ilahəsi" kimi tanınacaq qədər brend geyimə pul xərcləyib. 

Bəzən o, bir gündə 932.000 dollar dəyərində zinət əşyaları üçün alış-veriş edib. 

Prokurorluq onun aktivlərinin müsadirə edilməsini istəyib. Ötən gün baxılan işdə Mellonun vəkili dələduzluq pulu ilə aldığı əşyaların çoxunu gizlətdiyini və bu əşyaların satılaraq dövlətə qaytarılacağını bildirib. 

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
demokrat.az

1Mənbələr