AZ

190 minə dollara Azərbaycanda oynamadı, bu ölkəyə getdi

“Səbail”dən ayrılan Aleksandr Ramalinqomun yeni iş yeri müəyyənləşib.

31 yaşlı maqadaskarlı hücumçu karyerasını İsraildə davam etdirəcək.

O, bu ölkənin yüksək dəstəsində mübarizə aparan və 2023/24 “futbol ili”ni 6-cı pillədə başa vuran “Bney Saxnin” klubu ilə müqavilə bağlayıb.

Ötən mövsüm Premyer Liqada vurduğu 15 qolla bombardirlər yarışında yalnız “Qarabağ”lı Juninyodan (20 qol) geri qalan fransız forvardın Azərbaycanda oynamaq şansı var idi.

Lakin o, “Zirə”nin 10 aya nəzərdə tutulmuş aylıq 19 min dollarlıq təklifini geri çevirmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
sportinfo.az

1Mənbələr