AZ

Hummelsə rəsmi təklif göndərildi

Dortmund "Borussiya"sından ayrılan Mats Hummels "Bolonya"ya keçə bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

A seriyası təmsilçisi 35 yaşlı müdafiəçiyə rəsmi təklif göndərib.

"Hummelsin qərar verməsini gözləyirik. Ona layihəmizi təqdim etmişik" - deyə klubun baş direktoru Klaudio Fenuççi vurğulayıb.

Almaniyalı futbolçuya Səudiyyə Ərəbistanı klublarından təkliflər olsa da, o, Avropada çıxış etmək istədiyini bildirib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
2
yenisabah.az

3Mənbələr