AZ

Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anadan olmasının 40-cı illiyi keçirilib — FOTOLAR

 26 iyul 2024 cu ildə, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin Azərbaycan Hərb Tarixi Müzeyində Vətən müharibəsində qəhrəmanlıqları ilə adını hərb tariximizin səhifələrinə Hadrutun fatehi olaraq qızıl hərflərlə yazdıran Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılovun anadan olmasının 40-cı ildönümə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə şəhid gizir Camal İsmayılovun ailə üzvləri, döyüş yoldaşları, Vətən Müharibəsi iştirakçıları, qazilər, Şəhid anaları, Müdafiə nazirliyinin idarə və müəsisələrindən nümayəndə heyəti Türkiyənin Azərbaycandakı səfirliyinin  mətbuat müşaviri Alptekin Cihangir İşbilir və
"İnkşafa və islahtalara dəstək"İB sədri Ramil Əliyev iştirak edib. 

Tədbirdə muzey rəisi e. o. polkovnik Əzizağa Qəni-zadənin şəhid Camal İsmayılovun həyatı və döyüş yoluna həsr olunmuş məruzəsi, ailə üzvləri- anası Filara xanım İsmayılovanın, şəhid gizir Camal İsmayılovun tabor komandiri e.o.polk-leytenant Nizami Əliyevin,müharibə veteranı e.o.baş gizir Bəhruz Məmmədzadənin qəhrəmanımızla bağlı xatirələri dinlənilib.Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Məmmədli Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizi eləcədə Camal İsmayılovu qürurla andığını bildirib.Tədbirdə iştirak edən Türkiyə Səfirliyinin nümayəndəsi Cihangir İşbilir Azərbaycandakı xidmətinin 100-cü günündə məhs bu tədbirdə iştirak eydiyinə görə qürur hissi duyduğunu və Camal İsmayılov kimi qəhrəman şəhidlərimizin təkcə Azərbaycanın deyil Türk Dünyasının şəhidləri olduğunu vurğulayıb. 

Qeyd olunub ki,şəhid Camal İsmayılov yaşıdlarından dərin düşüncəsi və intellektual səviyyəsi ilə seçilib.O, hədsiz yorğunluq,aclıq və susuzluğa baxmayaraq,azad olunan hər qarış torpaq sanki ona yeni ruh verirdi. Camal irəli getmək,mənfur düşməni son nəfəsinədək qovmaq,torpağımızdan çıxarmaq istəyirdi.

Tədbirdə qəhrəmanımızın 44 günlük müharibədə keçdiyi ağır döyüş yolunu zehinlərdə bir daha canlandırmaq məqsədi ilə hazırlanan qısametrajlı sənədli film nümayiş olunub.

Tədbirin bədii hissəsində H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi-vətənpərvərlik mövzusunda musiqilər ifa olunub.

Tədbir xatirə şəklinin çəkdirilməsi ilə sonlandırılıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
demokrat.az

1Mənbələr