AZ

Fransa-İsveçrə sərhədindəki hava limanı partlayış xəbərdarlığına görə boşaldılıb

Bakı. Trend:

Bu gün İsveçrə-Fransa sərhədində yerləşən Basel-Müluz-FrayburgEuroairport, partlayış xəbərdarlığına görə boşaldılıb.

Trend xarici mətbuata istinadən xəbər verir ki, evakuasiyaOlimpiya Oyunlarının açılış mərasimi öncəsi təxribat nəticəsindəFransanın dəmir yolu şəbəkəsinin işini dayandırdıqdan bir neçə saatsonra baş verib.

"Təhlükəsizlik səbəbindən terminal boşaldılmalı idi və hazırda obağlıdır", - deyə Elzasın cənubunda yerləşən Basel-Müluz-FrayburgEuroairport öz saytında yazıb. Bir neçə dəqiqə sonra Fransa polisipartlayış xəbərdarlığının mövcud olduğunu təsdiqləyib.

Yay Olimpiya Oyunlarının açılışı günü Avropada dəmir yoluxətlərinin fəaliyyətində də fasilələr yaranıb. Onlar, həmçinin,La-Manş tuneli vasitəsilə Paris və Londonu birləşdirən yüksəksürətli marşruta da təsir göstəriblər.

Artıq təmir işlərinin aparılmasına baxmayaraq, qatarlarınhərəkət cədvəlində ən azı həftəsonunun sonuna qədər gecikmələrgözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
3
az.trend.az

5Mənbələr