AZ

"Avromed" 2 milyonluq tenderin qalibi oldu

"Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Səhiyyənin Təminatı Mərkəzinin xəstəliklərin profilaktikasında və müalicəsində istifadə edilən dərman preparatlarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. 

Valyuta.az xəbər verir ki, tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 830 799,07 manatdır. 

"Avromed Company" QSC əczaçılıq sektorunda aparıcı şirkətlərdən hesab edilir. 

Şirkətin sahibi kimi deputat Cavanşir Feyziyevin adı çəkilir. Cavanşir Feyziyevlə bağlı bioqrafik məlumatlarda o, "Avromed"in həmtəsisçisi kimi təqdim edilir. 

2020-ci ildə "Avromed"in yaydığı açıqlamada şirkətin Cavanşir Feyziyevə heç bir aidiyyətinin olmadığı qeyd edilib. Bununla belə, media israrla "Avromed"in deputata məxsus olduğunu yazır. 

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
valyuta.az

1Mənbələr