AZ

Türkiyə və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub

Ankara, 26 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin Türkiyəyə yeni təyin olunmuş hərbi attaşesi, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Zeynalovla birlikdə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin yüksələn xətlə inkişafına diqqət çəkilib. İki ölkə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, müdafiə sahəsindəki yeni əməkdaşlıq fürsətləri müzakirə edilərək bu sahədə inkişafdan məmnuniyyət ifadə edilib.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın yeni təyin olunan hərbi attaşesinin hərbi sahədə ikitərəfli münasibətlərə töhfə verəcəyinə əminliyini bildirərək general-mayor Zeynalova fəaliyyətində uğurlar arzulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
azertag.az

1Mənbələr