AZ

Ekoloji tələblərə cavab verməyən bütün layihələr geri qaytarılır - Agentlik rəhbəri

Bakı. Trend:

Dövlət Ekoloji Ekspertiza Agentliyində Bakı şəhəri, Abşeron vəXaçmaz rayonlarının bəzi ərazilərində tikinti və infrastrukturlayihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, buməqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təminedilməsi, habelə ictimaiyyətin məlumatlandırılması məqsədilənövbəti ictimai dinləmə keçirilib.

Trend xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları”QSC-nin Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulmasılayihəsi çərçivəsində Xaçmaz rayonu inzibati ərazisində yerləşənSamur-Yalama Milli Parkı ərazisində layihə altına düşənyaşıllıqların, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 118 ünvanındaGömrük hospitalının həyətində yeraltı dayanacağın tikintilayihəsinin altına düşən ağac və kolların, həmçinin Suraxanırayonu, Ə.Mehbalıyev küçəsində “Günəşli İnşaat” MTK tərəfindəninşası nəzərdə tutulan yaşayış və qeyri-yaşayış binalarının tikintilayihəsi altına düşən yaşıllıqların götürülməsi məsələləri müzakirəolunub.

Bundan başqa, Abşeron rayonu, Bakı-Sumqayıt magistral avtomobilyolu üzərindəki qurumuş çoxillik ağacların və Bakı-Şamaxı magistralavtomobil yol üzərində quruyan yeni əkilən tinglərin götürülməsibarədə də müzakirələr aparılıb.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədriMirsalam Qənbərov ölkəmizdə həyata keçirilən layihələrin ekolojiqiymətləndirilməsinin mövcud qanunvericiliklə tənzimləndiyinidiqqətə çatdıraraq deyib ki, ictimai dinləmələr zamanı ekspertizayadaxil olan layihələr açıq şəkildə ictimaiyyətin müxtəliftəbəqələrinin iştirakı ilə dinlənilir və qiymətləndirilir:

“Məqsədimiz layihələrin həyata keçirilməsinə rəy verilən zamanhökmən ekoloji tələblərə cavab verilməsinə nail olmaqdır. Layihələrişlənən zaman ətraf mühit məsələləri, xüsusilə yaşıllıqlarınmühafizəsi, əmələ gələn tullantıların idarə olunması və digərekoloji tələblər öz əksini tapmalıdır. Layihələr müzakirəyə qoyulurvə əgər qanunvericiliyin tələblərinə uyğun olmayan məqamlar olursa,həmin layihələr geri qaytarılır.

Hazırda Bakıda sürətlə böyük əraziləri əhatə edən çoxsaylılayihələr icra olunur. Müxtəlif tərkibli layihələr mövcud olmasınabaxmayaraq, bütün layihələrin icrasında əsas məqam mövcudyaşıllıqların landşaft elementi kimi qorunmasıdır. Məlumdur ki,Nazirlər Kabinetinin müvafiq Qərarı ilə layihə üçün ayrılmışsahənin 40 faizə qədərində, hətta bəzi layihələrdə yeni sahələrdəayrılmış ərazinin 50 faizində yeni yaşıllıqların salınması təsdiqedilib. Məqsədimiz tələblərin yerinə yetirilməsinə və Bakıda,Abşeron yarımadasında yaşıllıqla əhatə olunan sahələrinartırılmasına nail olmaqdır.

Bugünkü layihələrdən ikisində açıq şəkildə müəyyən standartlarvə normaların tələbləri gözlənilmədiyinə şahid olduq. Birinciçatışmazlıq odur ki, layihənin icrasında mövcud olan yaşıllıqlaratoxunulmamasına çalışmaq lazımdır. Bu gün layihələrin birindəqaranlıq məqam o idi ki, ərazidə boş yer olmasına baxmayaraq,layihənin yaşıllıqların olduğu ərazidə həyata keçirilməsi nəzərdətutulmuşdu. Lakin ağacların saxlanılması bizim tərəfimizdən əsastələb kimi ortaya qoyuldu və müvafiq cavab alana qədər onunqiymətləndirilməsini həyata keçirməyəcəyik. Orada bir sahədəyaşıllıqların faizi göstərilsə də, digər ərazidə olan yaşıllıqlarınfaizi, o cümlədən ağaclar haqqında nəzərdə tutulan texnikiparametrlər qeyd olunmadığı üçün həmin layihələr geriqaytarıldı".

M.Qənbərovun sözlərinə görə, son illər ətraf mühitə dəyən ziyanagörə cərimələr bir neçə dəfə artırılıb:

"Lakin biz bununla kifayətlənmirik. Əgər inzibati qaydada həminməsələ həll olunmursa, fiziki və hüquqi şəxs tərəfindən törədilənxəta nəticəsində həmin cərimənin məbləği min manatı keçirsə, artıqEkologiya və Təbii Sərvətlər Nazirliyi ona baxmaq iqtidarındadeyil. Bu, cinayət tərkibi yaratdığından toplanmış məlumatlar BaşProkurorluğa göndərilir. İndiyə qədər bu məsələ İnzibati XətalarMəcəlləsi ilə tənzimlənirdisə, artıq burada cinyət tərkibi yaranır.Bu da bizim səlahiyyətlərimizə aid olmadığından mütləqhüquq-mühafizə orqanlarına təqdim edilir".

Ekoloji
Ekoloji
Ekoloji
Ekoloji
Ekoloji
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
15
az.trend.az

10Mənbələr