AZ

İranın Ermənistandakı səfiri də hərbi razılaşma xəbərini təkzib etdi


İran İslam Respublikasının Ermənistandakı səfiri İran və Ermənistan arasında hərbi müqavilə ilə bağlı xəbərləri təkzib edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilir ki, səfir Mehdi Sobhani bu cür xəbərlərin mənbəyini İran İslam Respublikası ilə bağlı yalan məlumatlar və qərəzli təhlillər dərc edən etibarsız media hesab edib.
Sobhani hesab edir ki, bu cür xəbərlərin dərc edilməsinin məqsədi İran və region ölkələri arasında dostluq əlaqələrinin inkişafına təsir etməkdir:
“İran İslam Respublikası Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması, eləcə də iqtisadi inkişafı dəstəkləyir”.
Xatırladaq ki, daha öncə “Iran International” öz mənbələrinə istinadla İran və Ermənistanın İran silahlarının tədarükünə dair 500 milyon dollarlıq böyük silah müqaviləsi imzalaması barədə məlumat yayıb. Bundan sonra Ermənistan MN-in mətbuat katibi Aram Torosyan “Sputnik Ermənistan”a açıqlamasında bu məlumatı təkzib edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
yeniavaz.com

1Mənbələr