"Atletiko"nun futbolçusu Antuan Qrizmann karyerasını ABŞ-də davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, onunla MLS-in "Los Angeles" klubu maraqlanır.

Qeyd olunub ki, hücumçu ilə danışıqlar aparır. 33 yaşlı fransızın Madrid təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

O, geridə qalan mövsümdə 48 oyunda 24 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.