AZ

Güclü meşə yanğını Kanadanın qərbindəki turizm şəhərinin bir hissəsini məhv edib

Bakı. Trend:

Güclü meşə yanğını Kanadanın qərbindəki “Casper” turizm şəhəriniviran qoyub. Potensial olaraq şəhərin 50 faizə qədər ərazisi məhvolub.

Trend “Reuters” agentliyinə istinadən xəbər verir ki, şəhərAlberta vilayətinin dağlıq Casper Milli Parkının mərkəzindəyerləşir. Şəhər və park ildə 2 milyondan çox turist cəlb edir.

Rəsmilərin hesablamalarına görə, bazar ertəsi ərazidən təxminən25 min adam təxliyə edilib.

Albertanın Baş naziri Daniel Smitin sözlərinə görə, potensialziyan 30-50 faiz təşkil edir, bu da əhəmiyyətli dərəcədə bərpaişləri tələb edəcək. O əlavə edib ki, yanğın hələ də nəzarətəalınmayıb.

Xilasedicilər üçün əsas problemlərdən biri alovun EdmontondanVankuverə gündə 890 min barel neft daşıyan Trans Mountain neftkəmərinə toxuna biləcəyidir.

Federal hökumət və Albertanın digər şəhərlərinə qəza briqadalarıgöndərilib. Bundan əlavə, yaxın günlərdə əraziyə Meksika, CənubiAfrika, Avstraliya və Yeni Zelandiyadan ümumilikdə 400yanğınsöndürənin gələcəyi gözlənilir.

Hazırda Albertada 176 meşə yanğını ocağı tüğyan edir, onlardan50-dən çoxu nəzarətdən çıxıb.

Aprel ayında federal hökumət yüksək temperaturların və meşələrinşiddətli qurumasının Kanadada meşə yanğınları üçün fəlakətə çevriləbiləcəyini bildirmişdi.

Kanada Parklar İdarəsinin məlumatına görə, Casperdəki yanğınasəbəb bazar ertəsi ildırım və güclü külək olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
2
az.trend.az

4Mənbələr