AZ

2027-ci ildə "Brent" nefti neçəyə olacaq? - PROQNOZ

Rusiya Mərkəzi Bankı 2027-ci il üçün "Brent" markalı neftin qiymətini 70 dollar/barel səviyyəsində proqnozlaşdırır. 

Valyuta.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının yenilənmiş ortamüddətli proqnozunda deyilir.

Tənzimləyici həmçinin 2026-cı il üçün neftin qiyməti proqnozunu bir barel üçün 70 dollardan 75 dollara qaldırıb. 2024 və 2025-ci illər üçün proqnoz dəyişməyərək 85 və 80 dollar/barel səviyyəsində qalıb.

İyulun 26-da Rusiya Bankı əsas uçot dərəcəsini 200 baza bəndi artıraraq illik 18%-ə çatdırıb. Mərkəzi Bankın məlumatına görə, Rusiya Federasiyasında inflyasiya sürətlənib və bankın aprel proqnozundan xeyli yüksəkdir.

Maliyyə bazarı iştirakçıları əsas faiz dərəcəsinin illik 17-20%-ə qədər artacağını gözləyirdilər. "Sovcombank"ın baş analitiki Mixail Vasilyev Gazeta.Ru ilə söhbətində 60% ehtimalla əsas faiz dərəcəsinin 18%-ə, 40% ehtimalla isə 19-20%-ə qaldırılacağını təklif edib. Analitikin fikrincə, hazırda Rusiyada inflyasiya Mərkəzi Bankın 4,3-4,8% proqnozlarından yüksəkdir. Təhlilçi vurğulayıb ki, tənzimləyici artıq iyulun 26-da inflyasiya proqnozunun artacağını açıqlayıb.

Paşa Məmmədli
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
12
valyuta.az

10Mənbələr