AZ

Olimpiya medallarının texniki göstəriciləri - “Paris-2024”

Bakı. Trend:

2024-cü il Paris Yay Olimpiya və Paralimpiya oyunlarında 5084medal veriləcək. Bunlardan hələlik neçəsinin qızıl, gümüş və bürüncolacağı məlum deyil. Lakin hər bir medalın tərkibi və maya dəyəriməlumdur.

Trend xəbər verir ki, Olimpiadanın rəsmi saytında yer alanməlumata görə, hər medalın diametri 85 millimetr, qalınlığı 9,2millimetrdir. Medalların dizaynı Beynəlxalq Olimpiya Komitəsi ilərazılaşdırılıb.

Lakin budəfəki olimpiya medallarını başqalarından fərqləndirənbir xüsusiyyət də var. Medalların hər birinin üzərinə Eyfelqülləsinin bərpası zamanı dəyişdirilmiş metal parçalarıbərkidiləcək. Bu metal parçası metropol Fransanın xəritədəkitəsvirinə uyğun olaraq, altıbucaqlı şəklindədir.

Medalların kütləsinə gəlincə, qızıl medal 529 qram, gümüş medal525 qram, bürünc isə 455 qramdır.

Qiymətlər də bir-birindən kəskin fərqlənir. Bürünc medalın mayadəyəri 10 manatdan azdır. Gümüş medal Fransanın vergi ödəyicilərinə868 manata başa gəlib. 529 qramlıq qızıl medalın maya dəyəri isəbugünkü kursla təxminən 1640 manatdır.

Bir vacib məqamı da qeyd etmək yerinə düşər. Bürünc medalqırmızı latundan tökülür. Onun hazırlanması asan və ucuz başagəlir. Gümüş medal 920 əyarlı metaldan tökülür və üzərindəzərgərlər işləyir. Ən nüfuzlu və bahalı olan qızıl medal isə 6 qramxalis qızıl və 523 qram gümüşdən ibarət xəlitədən hazırlanır.

Qızıl və gümüş medalların tərkibini Beynəlxalq Olimpiya Komitəsimüəyyən edir. Qurum bu zaman maliyyə məsələlərini də ciddi nəzərəalır. İdmançılar xalis qızıldan hazırlanmış medalı sonuncu dəfə1912-ci ildə əldə ediblər. Əgər Paris Olimpiadasının ən dəyərlimedalı xalis qızıldan hazırlansaydı, bu günə olan kursla onun mayadəyəri 70 min manatı ötərdi.

Olimpiya
Olimpiya
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
6
az.trend.az

7Mənbələr