AZ

Fədayə Laçın toylarda ata və qardaş muğamı oxumur: “Mənə atalıq etməsə də, onunla fəxr etmişəm”-ÖZƏL

“Ata muğamı oxumuram. Buna səbəb də atasız böyüməyimdir. Allah cəmi dünyadan köçən valideynlərə rəhmət etsin, yaşayanlara can sağlığı versin. Bir də qardaş mahnısı, muğamı istəyirlər. Ata, qardaş haqda sözlər beynimə girmir. Ona görə də oxumuram. Toy yiyəsinə də, sifariş edənə də bunları deyirəm. Bu mövzuların içinə girə bilmirəm də. Elə bilirəm ki, yalandan oxuyuram. Mən axı oxuyanda yaşayıram, içdən oxuyuram. Toyda ev yiyəsinə deyirəm ki, atadan, qardaşdan başqası oxusun, mən də anadan oxuyum”
 
Bunun Moderator.az -a açıqlamasında tanınmış müğənni Fədayə Laçın deyib. O daha sonra əlavə edib.
 
“Canım qurban olsun öz atama. Hər bir səhvi ilə, düzü ilə o mənim atamdır. Çox ziyalı, gözəl bir kişi olub deyə həmişə onun qızı olduğum üçün fəxr etmişəm. Nə olsun ki, mənə atalıq etməyib?” deyə əlavə edib.
Müğənni toylara baha qiymətə gedən müğənni həmkarlarından da danışıb.
 
“Mən heç vaxt elə baha qiymətə toya getməmişəm. İndi eşidirəm ki, müğənnilər fantastik qiymətlərə gedirlər. Yarım saatı 8-9 minə oxuyanlar da var. Mən bütün toyu o qiymətə oxumamışam,  o ki, qala yarım saat olsun. Oxuya da bilmirlər. Onların yerinə fanaqram oxuyur. Mən insanların büdcəsinə uyğun gedirəm. Nə ucuzdur, nə də baha” deyə o bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
moderator.az

2Mənbələr