AZ

Qarabağ Universitetində yeni təyinatlar

Qarabağ Universitetində yeni təyinatlar gerçəkləşib.

"Qafqazinfo” xəbər verir ki, rektor Şahin Bayramovun müvafiq əmri ilə Ceyhun Məmmədov İqtisadiyyat fakültəsinə dekan təyin olunub.

Ceyhun Məmmədov 2016-cı ildən ADA Universitetində iqtisadiyyat sahəsi üzrə müxtəlif fənləri tədris edib.

Şahin Bayramovun digər müvafiq əmri ilə Səbuhi İbayev İncəsənət fakültəsinin Vokal kafedrasına müdir təyin olunub.

Bu təyinatadək Səbuhi İbayev Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, həmçinin Asəf Zeynallı adına Musiqi Kolleci və Beynəlxalq Muğam Mərkəzində fəaliyyət göstərib.

Azərbaycan Respublikasının Əməkdar artisti olan Səbuhi İbayev, həmçinin Prezident mükafatçısıdır.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
6
anews.az

10Mənbələr