AZ

London və Berlin Rusiyanın nüvə silahlarına qarşı raketlərin yaradılmasını müzakirə edirlər

Böyük Britaniya Rusiya ərazisində nüvə silahını məhv etməyə qadir olan uzaqmənzilli raketlərin yaradılması imkanını nəzərdən keçirir.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “The Times” yazır.


Britaniya Almaniya ilə təqribən 3200 kilometr mənzilli silahlar hazırlamaq üçün işləyəcəyini bildirdi.

 

Böyük Britaniyanın müdafiə naziri Con Healey Berlində almaniyalı həmkarı Boris Pistorius ilə Rusiyanın taktiki nüvə silahından istifadə həddini aşağı saldığı üçün təxminən 3200 kilometr mənzilli silahın yaradılması layihəsini müzakirə edib. Müttəfiqlər bu silahın Berlindən Moskvaya uça biləcəyini güman edirlər.

 

Planlara görə, bu uzaqmənzilli raketlər yaxın illərdə orada yerləşdiriləcək Amerika raketlərini əvəzləyərək Almaniyada yerləşdiriləcək.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
oxu24.com

1Mənbələr