AZ

“Milyarlarla insan həddindən artıq isti epidemiyası ilə üzləşir” – Quterreş


“Milyarlarla insan “ekstremal istilik epidemiyası” ilə üz-üzədir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş mətbuat konfransında bildirib.
O bildirib ki, dünyanın hər yerində temperaturun 50 dərəcəyə çatması nəticəsində insanlar ölür:
“Yer kürəsi getdikcə istiləşir və hamı üçün, hər yerdə daha təhlükəli olur. Ümumdünya Meteorologiya Təşkilatı, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel və digər təşkilatlar həddindən artıq istilərin miqyasında, intensivliyində, tezliyində və müddətində sürətli artımı sənədləşdiriblər”.
BMT-nin baş katibi əlavə edib ki, rəsmi hesablamalara görə, istilər hər il təxminən yarım milyon insanı öldürür ki, bu da tropik siklonlardan təxminən 30 dəfə çoxdur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
yeniavaz.com

2Mənbələr