AZ

Rusiyanın hesabından Ukraynaya 1,5 milayrd avro verilib

Rusiyanın

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın dondurulan aktivlərindən ilk dəfə olaraq Ukraynaya 1,5 milyard avro köçürüb.

Reyting.az
xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabındakı paylaşımında “Aİ Ukraynanın yanındadır. Bu gün biz Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyimiz 1,5 milyard avro gəliri Ukraynanın müdafiəsi və yenidən qurulmasına köçürürük",- deyib.

Avropa İttifaqından verilən yazılı açıqlamada bunun dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirin ilk transferi olduğu bildirilib.

Qeyd edək ki, Aİ ölkələri Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı sanksiya olaraq Rusiya Mərkəzi Bankının təxminən 210 milyard avro vəsitini dondurub.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
reyting.az

1Mənbələr