AZ

Paris-2024: Braziliyalı futbol əfsanəsinin 500 minlik çantası oğurlandı

Braziliyalı əfsanəvi futbolçu Ziko Parisdə qarət olunub. Sport24.az yerli KİV-ə istinadən xəbər verir ki, Braziliya millisi ilə Yay Olimpiya Oyunlarına yollanan 71 yaşlı veteran futbolçunun 500 min avro dəyərində portfeli oğurlanıb.
 
O, iyulun 25-də sözügedən şəhərdə taksiyə minib. Naməlum şəxs sürücünün yanına qaçaraq onun diqqətini yayındırıb. Bu zaman digər cinayətkar Zikonun portfelini götürüb və qaçıb.
 
Çantada bahalı saat, brilyantlar, nağd pul və müxtəlif zinət əşyaları olub. Parisin hüquq-mühafizə orqanları işlə bağlı araşdırmaya başlayıb.
 
Qeyd edək ki, açılış mərasimi bu gün reallaşacaq Paris olimpiadası avqustun 11-də başa çatacaq.

Seçilən
41
6
sport24.az

7Mənbələr