AZ

Konfrans Liqası: “Sabah”ın və “Zirə”nin ən yaxşı oyunçuları açıqlandı

UEFA Konfrans Liqası II təsnifat mərhələsinin ilk matçından sonra oyunların ən yaxşıları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, turnirdəki təmsilçilərimiz olan “Zirə” və “Sabah”ın da çıxışları ilə fərqlənən futbolçuları bəlli olub.

Nüfuzlu “Flashscore” nəşri qəsəbə təmsilçisinin Slovakiya klubu “DAC 1904”-ü 4:0 hesabıyla məğlub etdiyi qarşılaşmada Martins Junioru görüşün ən yaxşısı seçib. “Zirə”nin yarımmüdafiəçisi 8,2 xalla hər kəsi qabaqlaya bilib.

“Sabah”ın “Makkabi”ni məğlub etdiyi matçın (3:0) ən yaxşısı isə Yusif İmanov olub. Azərbaycanlı oyunçunun performansı futbol biliciləri tərəfindən 8,1 xal olaraq dəyərləndirilib.

Bu göstəriciylə İmanov oyunun ən yaxşısı adına layiq görülüb.

Turnirdəki digər təmsilçimiz olan “Sumqayıt”ın “Fehervar” məğlubiyyətində (1:2) isə komandamızın ən zəif oyunçusu Murad Xaçayev seçilib. Onun performansı 3,7 xala layiq görülüb. 

Xatırladaq ki, müdafiəçi oyunun ilk hissəsində ikinci sarı vərəqə görərək, meydandan qovulub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
idmanxeber.az

1Mənbələr