AZ

Qarabağı başdan-başa gəzən turistlər görəcəklər ki, Ermənistan o torpaqları nə günə qoyub - ÖZƏL

"Hamımız yaxşı xatırlayırıq ki, Ermənistanın işğalı altında olduğu dövrdə Qarabağa müxtəlif ölkələrdən qanunsuz yollarla turistlər, səyyahlar gəlirdi, yaxud da jurnalistlərin səfərləri təşkil edilirdi, vətəndaş cəmiyyəti təmsilçilərinin, ayrı-ayrı ölkələrin siyasilərinin səfərləri təşkil edilirdi və gəlib, gedənlər də anti-Azərbaycan təbliğat maşınının vintlərinə çevrilirdilər. Yəni onlar bu təbliğat maşınının parçaları olaraq anti-Azərbaycan təbliğatında çox fəal rol alırdılar".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Ermənistan bu yolla Azərbaycana qarşı beynəlxalq ictimai rəyi ayağa qaldırmağa çalışırdı və bir çox hallarda buna nail ola bilirdi. Amma indi torpaqlarımız işğaldan azad edilib və bizim əlimizdə elə bir imkan var ki, bütün dünyanı bura dəvət edək və Ermənistanın törətdiyi cinayət əməllərini əyani şəkildə göstərək. Turist səfərlərinin, özəlliklə də tanınmış turist nəfərlərinin, yaxud da turistlərin Azərbaycana, özəlliklə Qarabağa səyahət etməsi bu baxımdan çox önəmlidir. Yəni onlar gəlirlər, görürlər, gördüklərini çəkəcəklər, çəkdiklərini paylaşacaqlar, yayacaqlar, müxtəlif yerlərdə dərc edəcəklər və bununla da Ermənistanın on illərdir apardığı təbliğata çox böyük zərbə vuracaqlar. Yəni Ermənistan birmənalı şəkildə Azərbaycanı, azərbaycanlıları vəhşi kimi göstərirdi və təbiidir ki, biz nə qədər desək də ki, bu yalan təbliğatdır, inandırmaqda çətinlik çəkirdik. Amma indi əlimizdə olduqca tutarlı faktlar, dəlillər var. Qarabağı başdan-başa gəzən turistlər görəcəklər ki, Ermənistan işğal dövründə o torpaqları nə günə qoyub. Azərbaycanın maddi tarixini, abidələrini, ümumiyyətlə, mirasını alt-üst edib. Yəni bunu görəcəklər, başqa cür təqdim etməyə imkanları da yoxdur, yəni nə görəcəklər, onu göstərəcəklər. O baxımdan mən düşünürəm ki, təbliğat üçün belə səfərlərin olması vacibdir. 

Yeri gəlmişkən, deyim, cənab Prezident İlham Əliyevin tapşırığı ilə torpaqları işğaldan azad edildikdən dərhal sonra o bölgəyə müxtəlif kəsimlərdən olan insanların səfərləri təşkil edilirdi. Bu təşkilatçılıq işində bir müddət mən də iştirak etmişəm. Yəni jurnalistlərin, qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı siyasətçilərin, elm adamlarının və s. səfəri təşkil edilirdi və bunda da məqsəd o idi ki, biz sadəcə nə varsa, onu göstərmək istəyirdik. İndi belə məşhur səyahətçilərin də gəlməsi əlbəttə ki, həmin qəbildəndir və yəqin ki, bizim haqlı davamızın aparılmasına çox böyük töhfə olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
olaylar.az

1Mənbələr