AZ

Mərakeşlə Azərbaycanın ali məktəbləri arasında əməkdaşlığın genişləndirilməsi ətrafında müzakirələr aparılıb

Bakı, 26 iyul, AZƏRTAC

Mərakeşin Kenitra şəhərindəki ölkənin aparıcı ali təhsil müəssisələrindən biri hesab edilən İbn Tofail Universitetinin Humanitar və Sosial Elmlər Fakültəsində bu fakültənin magistrantı Auatif Essrifinin müəllifi olduğu “Babək hərəkatının sosial dayaqları” mövzusunda magistr dissertasiya işinin müdafiəsi keçirilib. Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan tarixinin Babək hərəkatı dövrünə xüsusi vurğu edən dissertasiya fakültə rəhbərliyi və müvafiq qiymətləndirmə Şurası tərəfindən yüksək dəyərləndirilib.

Universitetin dəvəti ilə Azərbaycanın Mərakeşdəki səfirliyinin də təmsil olunduğu müdafiə zamanı aparılan müzakirələr Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid tədqiqat işlərinin aparılmasına geniş marağın olduğunu nümayiş etdirib və bu istiqamətdə gələcəkdə mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bununla yanaşı, ümumilikdə Azərbaycanla Mərakeş arasında müxtəlif sahələrdə əməkdaşlığın getdikcə genişlənməkdə olduğunu nəzərə alaraq, iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin daha da dərinləşdirilməsi, birgə layihələr və əməkdaşlıq sənədlərinin imzalanmasının vacibliyi də vurğulanıb. Sonda fakültə rəhbərliyinə və magistrə Azərbaycanla bağlı kitablar hədiyyə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
1
azertag.az

2Mənbələr