AZ

Sərdar Cəlaloğlu namizədliyini niyə geri götürdü? - ÖZÜNDƏN AÇIQLAMA

\"Qarşıdan gələn Parlament seçkilərində iştirak etməyəcəm”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O, seçkidə iştirak etməyəcəyi ilə bağlı xəbərləri təsdiqləyib:

\"Bəli, doğrudur. Namizədliyimi geri götürdüm. Buna səbəb məhz xalqa verdiyim vədləri tam olaraq yerinə yetirə bilməməyimdir. Maddi və mənəvi cəhətdən mənə dəstək olan olmadı. Yalandan gedib parlamentdə \"mandat” əldə etməkdənsə, iştirak etməməyi daha məqsədəuyğun hesab edirəm. Bundan başqa, seçkilərdə təmsil olunduğum Azərbaycan Demokrat Partiyasının (ADP) heç bir üzvü namizədliyini irəli sürməyib”.

Mikayıl Mirzəzadə
Seçilən
54
29
azxeber.com

10Mənbələr