AZ

İşdən çıxarıldığına görə FHN-i məhkəməyə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı nazirliyi məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, Elçin Həşimov Əli oğlu işdən çıxarılması ilə bağlı məhkəməyə şikayət edib.
Elçin Həşimov məhkəmədə FHN rəhbərliyi barəsində “İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr – əmək məsələləri üzrə – İşə bərpa” üzrə iddia qaldırıb.
İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun sədrliyi ilə baxılacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2
tribunainfo.az

2Mənbələr