AZ

Azərbaycandakı minik avtomobillərinin 85 faizə yaxını qocalıb

2023-cü ilin sonuna olan məlumata görə, Azərbaycanda qeydiyyatda olmuş 1 milyon 501 min 957 ədəd minik avtomobilinin 1 milyon 267 min 664 ədəddinin və ya 84,4%-nin yaşı 10 ildən yüksəkdir.

Bu barədə Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

O cümlədən, 603 min 512 ədəd avtomobilin yaşı 10 ildən 20 ilədək, 664 min 152 ədədinin yaşı isə 20 il və yuxarıdır.

Yaşı 10 ilədək olan minik avtomobillərinin sayı isə cəmi 234 min 293 min ədəd olub. Ondan 81 min 809 ədədəinin yaşı 5 ilədək təşkil edib. 

Ötən ilinin sonuna olan məlumata görə, 31 min 460 ədəd avtobusun 19 min 858 ədədinin (63%-nin), 177 min 622 ədəd minik avtomobilinin 98 min 140 ədədinin (55%-nin) yaşı 20 il və ya daha yuxarı olub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
marja.az

1Mənbələr