AZ

Kamal Umudlu “Drita” - “Breydablik” matçına təyinat aldı

Azərbaycanlı FİFA referisi Kamal Umudlu Avropa Konfrans Liqasının 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azərbaycanlı hakim Kosovonun “Drita” və İslandiyanın “Breydablik” komandaları arasında keçiriləcək cavab oyununda iş başında olacaq.

Kamal Umudlu Kosovoda keçiriləcək bu oyunda baş hakim olacaq. Ona yan xətt hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, “Drita” – “Breydablik” matçı iyulun 30-da Poduyevo şəhərində yerləşən “Zahir Payaziti” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun ötən gün İslandiyada baş tutub. “Drita” səfərdə 2:1 hesablı qələbəyə sevinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
arena.az

1Mənbələr