AZ

Sərdar Cəlaloğlu namizədliyini geri götürdü: "Meydanda tək qaldım"

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu parlament seçkilərində iştirak etməyəcək. ADP sədri namizədliyini geri götürüb. 

Bu barədə Qaynarinfo-ya Sərdar Cəlaloğlunun özü bildirib. Partiya sədri addımını belə əsaslandırıb: 

"Mən seçkidə iştirak qərarı verməklə digər müxalifət liderlərinin də prosesə qatılacağını düşünürdüm. Namizədliyimi irəli sürdüm ki, bu bir nümunə olsun. Lakin onlar seçkidə iştirakdan imtina etdilər. Düşündüm ki, təkbaşına nə edəcəm axı. Meydanda tək qaldım. Bu baxımdan, namizədliyimi geri götürmək qərarına gəldim".

Sərdar Cəlaloğlu namizədliyini 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən irəli sürmüşdü.

Seyid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
26
qaynarinfo.az

10Mənbələr