AZ

Azərbaycanlı hakim Konfrans Liqasının oyununu İDARƏ EDƏCƏK

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Ednews  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Kosovoda yerli “Drita” və İslandiyanın “Breydablik” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Ədalət təmsilçisinə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 30-da Poduyevo şəhərində yerləşən “Zahir Payaziti” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
15
ednews.net

10Mənbələr