AZ

Azərbaycanda sayı ən çox artan və istifadə edilən avtomobillər - SİYAHI

2023-cü il ərində Azərbaycanda sayı ən çox artan və istifadə olunan minik avtomobillərinin markalarının adları məlum olub.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ərzində Azərbaycanda Hyundai markalı minik avtomobillərinin sayı 20 min 223 ədəd və ya 19,1 artaraq 126 min 56 ədədə yüksəlib.

 KİA markalı minik avtomobillərinin sayı 17 min 123 ədəd və ya 25.5% artım baş verib 84 min 258-ə çatıb, Toyota markalı minik avtomobillərinin sayı isə 9 min 664 ədəd və ya 10,1 % artaraq 104 min 605 ədədə çatıb.
Həmçinin, ötən il Azərbaycanda BMW minik avtomobillərinin sayı 40 min 571 ədəd olub ki, bu da illik müqayisədə 5 min 252 ədəd (14,9%) çoxdur.

 Mercedes-Benz minik  avtomobillərinin sayı 4 min 19 ədəd  (1,9%) artaraq 216 min 843 ədədə çatıb.

Nissan minik avtomobillərinin sayı 3 min 784 ədəd (9,3%) artaraq 44 min 485 ədədə yüksəlib.

Ən kəskin artım Volkswagen minik avtomobillərinin sayında qeydə alınıb. Bu markalı avtomobillərdə 2022-ci ilə nisbətən  1 577 ədəd (67,1%) artım baş verib və 25 min 78 ədədə artıb.

Changan avtomobillərinin sayı 1 740 ədəd artaraq (55,7%) artımq eydə alınıb bu markalı avtomobillərin sayı  4 min 864 təşkil edib.

 Land Rover minik avtomobillərinin sayı 2 008 ədəd artaraq (23,2%) 2023-cü ildə 10 min 669 ədədə çatıb.

 Honda minik avtomobillərinin sayıson bir ildə 1 586 ədəd (16,4%) artımla 11 min 238 ədədə  yüksəlib

 Bundan başqa Chevrolet minik avtomobillərinin sayı 3 min 768 ədəd  (8,5%) aratarq 47 min 878 ədədəOpel minik avtomobillərinin sayı 2 min 907 ədəd artaraq (4,2%) 71 min 955 ədədəFord minik avtomobillərinin sayı 2 min 156 ədəd artaraq (11%) 21 min 749 ədədəLexus minik avtomobillərinin sayı 1 060 ədəd (9,2%) artaraq 12 min 546 ədədə çatıb.

Rover (91), Saturn (189), Bogdan (332), Dailhatsu (227), Hummer (350) və İsuzu (99) kimi markaların sayı illik müqyaisədə dəyişməyib.

Markalarına görə ən çox sürülən minik avtomobilləri 216,8 min ədədlə "Mercedes", 199,3 min ədədlə Vaz-2 101 , 03-06, və 126,5 min ədədlə Vaz-2105, 2107 və modifikasiyaları olan avtomobillər olub.

Bundan başqa Hyundai markalı avtomobillərinin sayı 126 min ədəd, Toyotanın sayı 104,6 min ədəd, KİA avtomobillərinin sayı isə 84,3 min ədədə yaxın olub.

Ən az üstünlük verilən avtomobillər isə Rolls Royce (66), Rover (91) və Isuzu (99) olub.

image

image

Seçilən
33
50
fed.az

10Mənbələr