AZ

Paşinyan Türkiyə ilə sərhədə getdi – Video


Ermənistanın Baş naziri Nikol Paşinyan cümə günü Armavir vilayətinə işgüzar səfəri zamanı Türkiyə ilə sərhəddəki Marqara keçid məntəqəsinə baş çəkib.
Yeniavaz.com
“Sputnik”ə istinadla xəbər verir ki, Baş nazir Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın müşayiəti ilə sərhəd-keçid məntəqəsinin imkanları ilə tanış olub, ərazini gəzib, eyniadlı kəndin sakinləri ilə də söhbət edib.
Qeyd olunub ki, keçid məntəqəsi bir neçə ay əvvəl Ankara ilə sərhədin üçüncü ölkə vətəndaşlarına açılmasına dair razılaşmalar çərçivəsində tamamilə modernləşdirilib və təmir edilib.
Bildirilib ki, razılaşmalar hələ icra olunmasa da, keçid hazırdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
yeniavaz.com

1Mənbələr