AZ

Pezeşkian tarix addım atdı: Azərbaycan dili… - VİDEO

İranın yeni seçilən prezidenti Məsud Pezeşkiandan sensasion addım atıb.
 
AZXEBER.COM xəbər verir ki, İran İslam Respublikasının yeni seçilən prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasında qeyri-fars dillərinin tədrisi ilə bağlı 15-ci maddənin heyata keçirilməsi ilə bağlı ilk addımı atıb.
 
Bu haqda onun seçki qərargahı məlumat yayıb.
 
Verilən məlumata görə, bunun üçün 15-ci prinsip komitəsi yaradılıb və Cavad Miri komitənin rəhbəri seçilib.
 
Bu maddənin necə və hansı səviyyədə icra olunacağı barədə geniş açıqlama verilməsə də, Pezeşkiana yaxın dairələr yeni təhsil ilində türklər yaşayan bir sıra bölgələrdə sınaq üçün ana dilində təhsilin mərhələsinin başlamasının nəzərdə tutulduğunu açıqlayıb.
 
Qeyd edək ki, hazırda İranda azərbaycanlilar, türklər, ərəblər və digər etniklər ana dilində təhsil almaq hüququndan məhrumdur. Bu hüquqa yalnız farslar və ermənilər malikdir.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
azxeber.com

1Mənbələr