AZ

Hindistan freqatı Rusiya HDQ Günü şənliyinə qatılacaq

Hindistanın “Talvar” sinfinə aid “Tabar” freqatı Sankt-Peterburqa gəlib.

Herbiand.az bu barədə “İnterfaks”a istinadən məlumat verir.

Hindistan freqatının Rusiya Hərbi Dəniz Qüvvələri (HDQ) Günü ilə bağlı təntənəli tədbirlərdə iştirak edəcəyi gözlənilir. 

Qeyd edək ki, bu, “Tabar” Baltik Gəmiqayırma Zavodunda Hindistan HDQ üçün tikilmiş “Talvar” sinifli freqatların birinci partiyasının üçüncü gəmisidir. Freqat 2004-cü ildə Hindistan Hərbi Dəniz Qüvvələrinə qoşulub.

Bu həftənin əvvəlində Çin HDQ-yə məxsus “Tzyao Tzuo” esminesi, Əlcəzair HDQ-nin “La Summam” təlim gəmisi və Hərbi Dəniz Qüvvələrinin komandanı Luis Reyes Lopezin başçılıq etdiyi Kuba nümayəndə heyəti də Sankt-Peterburqa gəlib.

Rusiya Hərbi Dəniz Qüvvələri Günü 28 iyulda keçiriləcək. 

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
herbiand.az

1Mənbələr