AZ

Depo hesablarının açılması zamanı xidmət haqqı tutulmayacaq

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 1 dekabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənən "Milli Depozit Mərkəzinin xidmət haqları”nda dəyişiklik edib. Bu barədə  Milli Depozit Mərkəzi məlumat verib.
 
Məlumatda bildiriib ki, Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 11 iyul tarixli 28/2 nömrəli Qərarına əsasən, kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulan səhmlər əldə edilərkən investorlardan depo hesablarının açılması üçün xidmət haqqı tutulmayacaq.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatlar InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirilir.
 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
3
anews.az

4Mənbələr