AZ

Braziliyalı əfsanə Parisdə qarət olundu: 500 min avroluq...

Braziliya millisinin sabiq futbolçusu Ziko Olimpiya nümayəndə heyətinin tərkibində gəldiyi Parisdə qarət edilib.

Publika.az xəbər verir ki, hadisə ötən gecə baş verib. 71 yaşlı əfsanə taksinin arxa oturacağına əşyaları olan portfel qoyub. Bundan sonra taksi sürücüsünün diqqətini naməlum şəxs yayındırıb və onun şəriki bundan istifadə edərək Zikonun əşyalarını oğurlayıb.

Portfelin məzmunu 500 min avro dəyərində qiymətləndirilir. İçərisində "Rolex" saatı, zinət əşyaları və pul olub. Polis araşdırmalara başlayıb və cinayətkarları axtarılır.

"Ağ Pele" ləqəbli Ziko 1980-ci illərdə Braziliyanın ən yaxşı oyunçularından biri olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
publika.az

1Mənbələr